Dünya çempionu Rəsul Çunayev Azərbaycanı tərk edib? — VİDEO

İDMAN 29 may 2022, 00:24
"Son günlər haqqımda sosial şəbəkələrdə Azərbaycanı tərk etməyimlə bağlı məlumatlar yayılıb. Xəbərin altında isə qeyd edilib ki, rəsmi məlumat deyil".

Bizim.Media xəbər verir ki, bu sözləri Yunan-roma güləşi üzrə Rio olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib. 

O, sosial şəbəkədə haqqında yayılan, "Rəsul Çunayev Azərbaycanı tərk edir" xəbərlərinə aydınlıq gətirib. R.Çunayev bu məlumatın dezinformasiya olduğunu açıqlayıb: 

"Mən heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa yalnız Azərbaycanı təmsil etmək üçün gedə bilərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top