Meymunçiçəyi bu ölkəyə də çatdı

GÜNDƏM 29 may 2022, 00:07
İrlandiyada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

“Dünən gecə Səhiyyə Nəzarət Mərkəzinə ölkənin şərqində meymunçiçəyi virusuna ilk yoluxma halı barədə ilk məlumat verilib”, - deyə mənbə yazır.

Səhiyyə Mərkəzinin açıqlamasında bildirib ki, meymunçiçəyinə yoluxan kişi xəstəxanaya yerləşdirilməyib.

Hazırda həkimlər xəstə ilə yaxın təmasda olan şəxslərlə təmasdadırlar.

Məlumat üçün qeyd edək ki, İrlandiyanın qonşusu Böyük Britaniyada təkcə ötən gün meymunçiçəyinə 100-dən çox yoluxma halı qeydə alınıb./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top