Qafar Çaxmaqlı: “Ermənistanı diz çökdürmək üçün əslində tarixi bir fürsət əldə etmişik”

GÜNDƏM 26 may 2022, 14:08
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üçün dövlət komissiyası yaradıldı. Bəs, bu komissiyanın önəmi nə olacaq?

Məsələni Demokrat.az-a şərh edən Türkiyənin Erciyes Universitetində çalışan professor Qafar Çaxmaqlı bildirib ki, sərhədlərin müəyyənləşməsi məsələsinin həll edilməsi ən çox Ermənistana lazımdır. Alim vurğulayıb ki, yaradılan komissiyanın işi beynəlxalq təşkilatların istəyidir:

“Burada Avropa Birliyi və Rusiya arasında olan rəqabət işi gecikdirən səbəblərdən biridir. Rusiya bu məsələnin onu nəzarətindən kənarda həll edilməsini istəmir. Çünki Rusiyanın Cənubi Qafqazda kommunikasiya xətlərinə nəzarət etmək kimi bir strategiyası var. Bu işin reallaşması Rusiyanın başının qarışıq olduğu üçün hələ öz müsbət həllini tapmayıb. Digər tərəfdən Ermənistandakı küçə nümayişləri də buna mane olur. Amma, buna rəğmən sərhədlərin demarkasiyası və delimitasiyası prosesi aparılmalıdır. Əks təqdirdə Ermənistanın ərazi bütövlüyü tanınmayacaq və Ermənistan Azərbaycanın fərqli müdaxiləsindən qorxur. Ona görə də, Ermənistanın başqa yolu yoxdur”. 

Q.Çaxmaqlı əlavə edib ki, Azərbaycan Ermənistanı diz çökdürmək üçün tarixi bir fürsət əldə edib:

“Hesab edirəm ki, iki ölkə arasında yaradılan komissiya işləyəcək. Amma, biz onların qarşısına 1918-ci ilin xəritələri ilə çıxmalıyıq. O zaman Ermənistanın ərazisi 9 min kvadrat kilometr olub. Göyçə, Zəngəzur, Dərələyəz əraziləri ADR əraziləri idi, bu torpaqlar Ermənistana sonradan verilib və Ermənistanın ərazisi SSRİ zamanında 29,7 minə çatdırılıb. Komissiya bütün bu cəhətləri nəzərə almalıdır. Ermənilər bunu qəbul etməsələr bu dövlətin tanınmasına getməməliyik. Ermənistanı diz çökdürmək üçün əslində tarixi bir fürsət əldə etmişik. Bu danışıqlarda Qərbi Azərbaycandan qovulub çıxarılmış milyonlarla insanımızın geri dönüşü məsələsi də müzakirə edilməlidir. Ermənilər bu məsələnin gündəmə daşınmasından ehtiyat edirlər. Ona görə mitinqlərdə "Türksüz Ermənistan" şüarları səsləndirirlər. Amma, bu, mümkün deyil. Biz gec- tez öz tarixi vətənimizə dönəcəyik. Rəhbəri olduğum İrəvan Türk Cümhuriyyəti Ermənistan adlı dövləti tanımır. Onunla imzanacaq hər hansı anlaşma bizim bu mövqeyimizi dəyişdirməyəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top