Deputat: “Hər iki faşizmin törətdiyi o təcavüzkarlığı nifrətlə yad edirik”

GÜNDƏM 09 may 2022, 12:24
“Alman faşizmi üzərində qələbədən tarixi illər keçsə də, ancaq onun yaraları, ağrıları, acıları, insanlara gətirdiyi bəlalar unudulmur”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat qeyd edib ki, çünki bu bəlalar miylonlarla insanın həyatına, sağlamlığına qəsd edib:

“Sirr deyil ki, bu müharibə ilə böyük şəhərlər, kəndlər talan edilmiş və xarabazarlığa çevrilmişdir. Alman faşizm üzərində qələbə Azərbaycan xalqı üçün də əlamətdardır. Çünki bu qələbənin əldə olunmasında Azərbaycan xalqının, o cümlədən Azərbaycan neftinin böyük rolu olmuşdur. Sirr deyil ki, biz alman faşizminin vurduğu yaraları yaşamaqla, həm də erməni faşizmdən 30 il əzab-əziyyət çəkməli olmuşuq. Ermənilər alman faşistlərindən daha qəddar olublar. Onlar nəinki Azərbaycanın şəhər və kəndlərini xarabazarlığa çevirdilər, eləcə də kütləvi soyqırımlar törətdilər, minlərlə insanları qətlə yetirdilər. Qocalara, uşaqlara, qadınlara heç bir vəchlə rəhm etmədilər”. 

Millət vəkili diqqətə çatdırıb ki, bu gün biz alman faşizminin törətdikləri, vurduqları yaraları xatırlayarkən erməni faşizminin çirkin niyyətlərini də gözümüz önünə gətiririk:

“Hər iki faşizmin törətdiyi o təcavüzkarlığı bəşəriyyətə və insanlığa zidd əməl hesab etməklə, nifrətlə yad edirik. Çox şükürlər olsun ki, artıq erməni faşizminin törətdiyi bəlalar, cinayətlər tədricən aradan qaldırılır. Torpaqlarımız düşməndən azaddır. Kəndlərimiz və şəhərlərimiz azad nəfəs alır. Bu gün Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərdə bərpa, quruculuq işlərini inamla həyata keçirir. Amma biz yenə də hər an,  hər saat faşizmi lənətləyirik. Çünki bu elə bir bəla, elə bir təcavüzdür ki, nəinki bir xalq üçün, bütün bəşəriyyət üçün təhlükədir, cinayətdir”. 

“Alman faşizmi üzərində qələbədən keçən illər onun bəlalarını çəkmiş insanlar tərəfindən yad edilir. Hər dəfə də insanlar o acınacaqlı ayları, günləri yada salıb, tarixin dərslərindən ibrət götürürlər. Biz Azərbaycanlı olaraq alman və erməni faşizminin vurduğu yaraları tarixə çevirməliyik. Və bu yaraları, bu ağrıları, bu acıları daimi yaşatmalıyıq. Heç vaxt unutmamalıyıq və gələcək nəsillərə ötürməliyik. Çünki dünyada nə qədər faşizminin kökləri kəsilməyib insnlar hələ tam azad nəfəs ala bilməzlər. Hörmətli Prezidentimiz dəfələrlə xatırladır ki, biz erməni faşizmini çökdürdük, biz erməni faşizmini kökünü kəsməkdəyik. Ancaq çox təəssüflər olsun ki, bu gün alman və erməni faşizminin ideologiyaları yaşanmaqdayıq və onlar öz çirkin əməllərini davam etdirməkdədilər. Yenə də, bir çox faşist ideologiyasına xidmət edənlər dünyanı çalxalamağa, insanları qana müharibəyə yönəltməyə çalışırlar. Ona görə də, elə bilirəm ki, bu günlər daimi xatırlanmalı və bəşəriyyət üçün bir dərs olmalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top