Güclü külək Bakıda təhlükə yaratdı — VİDEO

HADİSƏ 08 may 2022, 20:54
Əsən güclü külək Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə beton parçalarının qoparaq asılı vəziyyətdə qalmasına səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, əraziyə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər binanın damında asılı vəziyyətdə qalmış beton parçalarını götürərək təhlükəni aradan qaldırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top