Rusiya və Belarus Beynəlxalq Paralimpiya Komitəsinin üzvlüyündən çıxarılır

İDMAN 08 may 2022, 19:39
Rusiya və Belarus Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) üzvlüyündən çıxarıla bilər.

"Report" "Inside the Games"ə istinadən xəbər verir ki, məsələyə ilin sonunadək keçirilməsi gözlənilən IPC-nin növbədənkənar Baş Assambleyasında baxılacaq.

Dekabrda təşkil olunacağı gözlənilən iclasda iki variant təqdim ediləcək: iki ölkənin quruma üzvlüyünün müvəqqəti və ya tam dayandırılması.

Qeyd edək ki, Rusiya və Belarus idmançıları bu il Çinin paytaxtında Pekində keçirilmiş Qış Paralimpiya Oyunlarından kənarlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top