Alı Alıyev Əhmədallar kəndində vətəndaşlarla görüş keçirdi — FOTOLAR

SOSİAL 07 may 2022, 10:40
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Əhmədallar kəndində səyyar-qəbul görüşü keçirmişdir. 

Demokrat.az xəbər verir ki, görüşdə rayon Prokuroru Elnur Rüstəmov, RPŞ rəisi Zaur Abbasov, rayonun idarə, müəssisə və təşkilatlarınn rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir. 

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçiriləcəyini bildirib. 

 Alı Alıyev, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. 

Alı Alıyev bildirib ki, 2000-dən artıq əhalinin yaşadığı Əhmədallar kəndində işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün növ imtiyazlardan istifadə edirlər. 

Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin  həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib. 

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.  



Məlik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top