Bu gün neçə nəfər peyvənd olundu?

SOSİAL 05 may 2022, 16:57
Azərbaycanda son gündə koronavirus əleyhinə 5 046 vaksin vurulub.

Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 527, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 523, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 645 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 351-dir.

İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 658 768, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 868, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 841 135, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 236 032, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 733 nəfərdir.



Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top