Qurban Qurbanov ən titullu baş məşqçilərin siyahısında

İDMAN 03 may 2022, 16:05
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov postsovet məkanı klublarında ən çox çempionluq yaşayan mütəxəssislərin reytinq siyahısına düşüb.

Demokrat.az xəbər verir ki, o, "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukla birlikdə 7 titulla 4-5-ci yerləri bölüşdürür.

Siyahıya latviyalı Aleksandr Starkov başçılıq edir. Vaxtilə "Bakı"ya da rəhbərlik etmiş 67 yaşlı mütəxəssisin 12 çempionluğu var. İkinci sırada rumıniyalı Mirça Luçesku (9), üçüncü yerdə isə rusiyalı Oleq Romantsev (8) qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" bu gün 9-cu çempionluğunu rəsmiləşdirəcəyi halda, Qurban Qurbanov titul sayında Romantsevə çatacaq.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top