Ukraynanı tərk edənlərin sayı 5 milyonu ötdü

GÜNDƏM 30 aprel 2022, 22:21
Rusiyanın işğalı nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan Ukraynadan xaricə üz tutan qaçqınların sayı 5,5 milyona yaxınlaşır. 

Demokrat.az “Ukrinform”a istinadən  xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) məlumat yayıb .

Qeyd olunur ki, aprelin 29-na olan məlumata görə, Ukrayna ərazisini 5 milyon 468 min 629 nəfər tərk edib.

Onlardan 3 milyonu Polşaya, Rumıniyaya 817 mindən çox, Rusiyaya 656 mindən çox, Macarıstana təxminən 520 min, Moldovaya 443 mindən çox, Slovakiyaya demək olar ki, 372 min, Belarusa isə 25 mindən çox insan gedib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top