Rusiyaya gedən minlərlə premium avtomobil Belçika limanında qalıb

AVTO 24 apr 2022, 18:08
Ukraynanın işğalından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə 8 minə qədər bahalı avtomobil, o cümlədən “Lexus”, “Cadillac” və “Mercedes”lər Belçikanın Zebrugge limanında ilişib qalıb.

“The Wall Street Journal”-ın məlumatına görə, avtomobillər aprelin əvvəlində Asiyadan Belçikaya gəlib. Onların Rusiyaya göndərilməsi planlaşdırılıb.

Lakin maşınlar Aİ ölkələri tərəfindən tətbiq edilən bahalı əşyalar qadağası altına düşüb. Bu sanksiyalar çərçivəsində Aİ-dən Rusiyaya dəyəri 50 min avrodan çox olan avtomobillərin idxalı qadağan edilib./Oxu.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top