Mariupolda ölənlərin daha bir kütləvi məzarlığı aşkarlandı

GÜNDƏM 22 apr 2022, 21:37
Ruslar tərəfindən bloklanan Mariupolda ölənlərin daha bir kütləvi məzarlığı aşkar edilib.

Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petro Andryuşenko Telegram -da məlumat verib .

"Mariupol. Hələlik... Müharibə cinayətlərinin nəticələrini gizlətmək məqsədilə ölən Mariupol sakinlərinin kütləvi şəkildə dəfn edilməsi ilə bağlı yeni məlumatlar əldə etmişik. Bu dəfə Livoberejni rayonunda qəbiristanlığın yanında".

O, peyk fotosunu dərc edib və əlavə edib ki, xəritədə kütləvi dəfnin təxmini yeri qeyd olunub.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top