"Ruslar 500 min insanı Ukraynadan deportasiya ediblər "— Zelenski

GÜNDƏM 21 apr 2022, 22:30
Ruslar  500 minə yaxın ukraynalını işğal etdikləri ərazilərdən deportasiya ediblər.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski Portuqaliya parlamentində yayımlanan videomüraciətində deyib.

“Rusiya ən azı 500 min vətəndaşımızı işğal etdikləri ərazilərdən çıxarıblar.Bu deportasiyadır, keçmişin ən pis totalitar rejimlərinin etdiyi budur”.

Onun sözlərinə görə, deportasiya olunmuş ukraynalılar rabitə vasitələrindən, sənədlərindən məhrum edilir, hər şey onların əlindən alınaraq Rusiyanın ucqar bölgələrinə paylanır.

Prezident həmçinin qeyd edib ki, ruslar insanları paylamaq üçün xüsusi filtrasiya düşərgələri yaradıblar, onlardan bəziləri zorlanıb öldürülür.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top