Azərbaycanda son sutkada koronavirusdan ölən olmadı

SOSİAL 16 apr 2022, 16:47
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, ötən sutka koronavirusdan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 349 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 506 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 138 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 776, bu günə qədər isə ümumilikdə 6 766 600 test icra olunub.



Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top