Bu gün neçə nəfər peyvənd olundu?

SOSİAL 15 apr 2022, 17:10
Azərbaycanda son sutkada koronavirus əleyhinə 7 549 vaksin vurulub.

Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 659, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 521, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5928, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 441 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 582 353, birinci doza peyvəndlərin ümumi sayı 5 333 499, ikinci doza vaksinlərin sayı 4 835 459 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 177 699, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 235 696 olub.



Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top