Son illər Xəzər dənizinin su balansının gəlir hissəsinin təqribən 80 faizini təşkil edən Volqa, Ural, Samur, Kür, Terek, Səfidrud və digər çayların hövzələrində baş verən iqlim tərəddüdləri burada suyun səviyyəsinin artıb-azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Ekoloq Əziz Qaralov Demokrat.az-a Xəzərin quruması ilə bağlı fikirlərini bölüşüb.

Ekspert baş verən qurumanın iqlim dəyişikliyi ilə əlaqədar olduğunu deyib: “Azərbaycanda quraqlıq dövrü çox olduğundan Xəzərdə periodik olaraq quruma baş verir. Amma bu, müvəqqəti haldır. Getdikcə Xəzərdə geriçəkilmələr və su artımı ola bilər”.
Ə.Qaralov Xəzərdə müəyyən zamanlarda azalmalar müşahidə olunduğunu vurğulayıb: “Elə vaxtlar olub ki, hətta 3 metrə qədər Xəzərin suyu azalıb. Buna dəniz altında gedən tektonik proseslər təsir edir. Son zamanlar iqlim dəyişmələri də baş verməkdədir. Bilirik ki, çayların, yeraltı suların dövriyyəsi tamamilə azalıb və yağıntı olduqca azdır. Yəni, dənizin formalaşması üçün onun əsas qida mənbəyi çaylar, yeraltı sulardır. Ümumiyyətlə, Xəzərin suyunda geriçəkilmələr və artımlar spesifik xüsusiyyət daşıyır”.
Ekoloq gələcəkdə Xəzərin quruması ilə bağlı fikirlərin yanlış olduğunu diqqətə çatdırıb: “Xəzərin quruması mümkün deyil. Müəyyən zamandan sonra yenə qabarma ola bilər. Həmçinin, yeraltında tektonik qabarmalar ola bilər ki, bunun nəticəsindədə dəniz suyu arta bilər”.
Aynurə Pənahqızı
Demokrat.az