“Mən boyda ağsaqqal kişi qalıb havada”

İNCƏSƏNƏT 25 yan 2022, 22:12
“Artıq bir ildən çoxdur ki, “krişada yaşayıram. Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı olan bir şəxs kimi Prezident Administrasiyasının rəhbəri hörmətli Samir Nuriyevlə görüşmək istəyirəm”
 
Demokrat.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O, illərdir keçmiş Bakı meri Hacıbala Abutalıbovla olan ev probleminin hələ də həllini tapmadığını bildirib:
 
“Cənab Prezidentlə görüşmək imkanım yoxdursa, istəyirəm ki, Samir müəllimlə beş dəqiqəlik görüşək. Əlimdə bir neçə məhkəmə qətnaməsi var. Bizi müvəqqəti olaraq başqa evə köçürdülər və bildirdilər ki, binanınızın yerində təzə bina tikiləcək və yeni mənzillə təmin olunacaqsınız. Ancaq binanı tikən xanıma imkan vermirlər ki, o, binanı tikib bizə təhvil versin. Binanın yarısı hazırdır, amma tikintini dayandırıblar. İndi mən boyda ağsaqqal kişi qalıb havada. Xahiş edirəm hörmətli Samir müəllim özünə uyğun vaxtda məni qəbul etsin. Artıq başqa yolum qalmayıb. Dəfələrlə bu problemi qaldırmışam, amma baxan yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top