Gürcüstanda koronavirusa qarşı dərman icad edildi

REGİON 24 yanvar 2022, 18:35

Gürcü həkim, tibbi onkologiya və genetika məsələləri üzrə ekspert Aleksandre Tavartkiladze koronavirusa qarşı dərman icad edib.

“Soulageur” adlı preparat Gürcüstanda COVID-19 xəstələrinin müalicəsində artıq tətbiq olunur.

Bioloji aktiv qida əlavəsi olan dərman ötən ilin noyabrından Gürcüstanda müalicə təlimatına daxil edilsə də, hələ apteklərdə satılmır.

“Soulageur” 90 %-dən aşağı saturasiyası olan 18 yaşdan yuxarı pasiyentlərə yazılır. Preparat koronavirisun ilk simptomlarının aşkarlanmasından 7 gün keçmədiyi halda təyin olunur.

Koronaviruslu pasiyentlərin müalicəsində dərmanın istifadəsinin müsbət nəticələr verdiyi bildirilir.

Preparatın kliniki tədqiqatları davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top