“Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında ictimai nəzarətin çox mühüm məsələ olduğunu vurğulayıb. Qeyd edildiyi kimi, ictimai nəzarət tək Prezident Administrasiyası vasitəsilə deyil, qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri, eyni zamanda media vasitəsilə həyata keçirilir. Bu, cənab Prezidentin prioritet istiqamətlərindən biridir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Millət vəkili qeyd edib ki, məmurların öz yerlərində olması, onların həssas təbəqə ilə, ümumiyyətlə, cəmiyyətdə hansı funksiya daşımağını dərk etməsi çox mühüm məsələdir:
“Buna görə də, cənab Prezident dəfələrlə çıxışlarında “hər hansı məmur öz yerində cəmiyyət və Azərbaycan xalqının rifahı üçün çalışmırsa, mütləq şəkildə bunun qarşısı alınmalıdır” fikrini vurğulayır. Təbii ki, belə məsələlərdə medianın rolu danılmazdır. Cənab Prezident də özünün qeyd etdiyi kimi, həmin problemləri izləmək imkanına malikdir və o, problemlərin aradan qaldırılması istiqamətində media nümayəndələrinə istinad edir”.
A. Nağıyev bildirir ki, Azərbaycan tarix boyu medianı hakimiyyətin bir qolu hesab edib:
“Çünki mediaya elə bir funksiyalar verilib ki, istənilən ictimai problemlərin həllində mütləq rolu var. Son vaxtlar təbii ki, medianın rolu inkişaf edir. “Media haqqında” Qanunun qəbul edilməsində də biz bunun şahidi olduq. Dəfələrlə Milli Məclisin istər komitələrində, istər dinləmələr keçirilməsində media ekspertlərinin, media rəhbərlərinin bir neçə dəfə problemlərin həlli istiqamətində atdığı addımlar, üçüncü oxunuşda onun qəbul olunması və dəyişiliklər edilməsi bir daha onu göstərdi ki, “Media haqqında” Qanun çox ciddi qanundur. Bu da onu deməyə əsas verir ki, ümumiyyətlə, media məsələsi çox ciddi məsələdir. Bundan başqa, hesab edirəm ki, hər bir dövlət qurumunun mətbuat xidmətləri də öz işləri ilə ciddi məşğul olmalıdır, ilk növbədə şəffaflıq olmalıdır. Eyni zamanda, medianın özündə də peşəkarlıq olmalıdır ki, verdiyi hər sual məmurun işi ilə bağlı bu problemlərin həllində müəyyən rol oynasın. Biz də bir sıra qurumlar həqiqətən də mediaya üçün açıqdılar”.
Aynurə Pənahqızı Demokrat.az


