Hadisə

Paytaxtda gənc qız dəm qazından zəhərləndi

Paytaxtda gənc qız dəm qazından zəhərləndi

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Ağayeva Kamilə Elmar qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkən xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az