Gündəm

Azərbaycan mediası üçün intibah dövrü

Azərbaycan mediası üçün intibah dövrü

2021-ci il Azərbaycan mediası üçün intibah dövrünün başlanğıcı kimi yadda qaldı.

Prezident İlham Əliyevin İnformasiya savaşında Qələbəmizi təcəssüm etdirən tarixi mətbuat konfransının keçirildiyi gün - 26 FEVRAL 2021ci il sözün əsl mənasında Azərbaycan media sənayesində İNTİBAH DÖVRÜNƏ KEÇİD mərhələsinin başlanğıcı olmaqla MİLLİ MƏTBUATIN OYANIŞ GÜNÜ kimi tarixə yazıldı.

26 FEVRAL tarixindən Milli Media fərqli zaman müstəvisinə qədəm qoydu. Artıq hər bir jurnalist saatlarının əqrəblərini İLHAM ƏLİYEVİN İNTİBAH SAATI ilə uzlaşdırmalıdır.

...Qarşımızda hələ uzun bir yol var. Bu yol beynəlxalq informasiya məkanında milli maraqlarımızın daha etibarlı qorunması üçün canlanma, yüksəliş, intellekt, yeni düşüncə, yenilikçi inkişaf və konseptual tərəqqi yoludur.

Hər birinizə bu şərəfli yolda məhz İNTİBAH JURNALİSTİ olmağı arzulayıram!

Rüstəm Əbülfətoğlu Demokrat.az

D
demokrat.az