Dünyada koronavirusa yoluxanların sayı 280 milyonu, ölənlərin sayı isə 5,4 milyonu ötüb.
Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
Bildirilir ki, təşkilat 280 119 931 yoluxma və 5 403 662 ölüm halları barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 455 944 nəfər, ölənlərin sayı isə 4 501 nəfər artıb.
ÜST-nin statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmuşlar və ölümlər haqqında rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır. Dekabrın 14-də yoluxanların sayı 270 milyon, noyabrın 29-da 260 milyon, noyabrın 9-da 250 milyon, avqustun 5-də isə 200 milyon həddi keçib.


