Gündəm

Hər bir xırda nöqsan turistin itirilməsi deməkdir...

Hər bir xırda nöqsan turistin itirilməsi deməkdir...

Bəlkə siz bilirsiniz, amma mənim dünyada daha belə bir ölkə yadıma gəlmir ki, otelə gələnlərdən nigah kağızı istəsinlər.

Zato bizdə var. Bu məsələni səsləndirdim dünənki toplantıda, bir də menyu məsələsini.

Hamı gileylənir ki, xarici turist gəldi, zırradılar ona bir çaydan çayı 50 manata, məsələn. Nəyə görə belə şeylər baş verir?

Çünki bir çox hallarda restoran və kafelərdə menyu olmur. Ofisiant, yaxud obyekt sahibi baxır kiminlə gəlmisən, hansı maşınla gəlmisən, hardan gəlmisən, hansı dildə danışırsan, nə qədər dəmləşmisən və qərar verir.

ZAQS-lı xanımlarla gələnlərə bir hesab deyilir, əxlaqlarında ciddi nöqsanlar olan xanımlarla gələnlərə digər hesab, belə də dərd olar.

Əlbəttə, ailə dəyərlərini qorumaq çox vacibdir, amma belə problemlər ondan qaynağlanır ki, menyu yoxdur.

Əlbəttə, bunlar Qanuna salınası səviyədə olan məqamlar deyil, amma hər halda səsləndirdim, çünki turizmin inkişafından danışırıqsa "bu xırda məsələdir" anlayışından uzaq olmalıyıq.

Yoxdur turizmdə xırda məsələ, hər bir xırda nöqsan turistin itirilməsi deməkdir, turisti qaytarmaq isə çoox müşkül məsələdir.

Pulu cibində, "da nu vas na fiq” deyib üzünü tutacaq digər ölkəyə.

Bütövlükdə Turizm haqqında Qanun layihəsi xoşuma gəldi, zamanı çatmışdı, çünki sonuncu Qanun 22 il bundan əvvəl qəbul edilmişdi.

Başınızı ağrıtmaq istəmirəm, sadəcə deyim ki, bizim marağlarımızı qoruyan çox maddələr var Qanunda.

Məsələn, əgər əvvəl turizm şirkəti pul yığıb sonra öhdəliklərinin icrasından imtina edirdisə, bu Qanuna görə belə hallar sığortalanacaq, digər məqamlar da var, amma yükləməyim sizi səhərin gözü açılmamış.

İnşallah ki, qəbul edilər...

Azər Qəribov Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri

Demokrat.az

D
demokrat.az