Dünya

BMT-nin baş katibi Çinin dəvətini qəbul etdi

BMT-nin baş katibi Çinin dəvətini qəbul etdi

BMT-nin baş katibi Antoniu Quterreş Çin hökumətinin 2022-ci ilin fevralında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etmək təklifini qəbul edib.

Bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: "Baş katib fevralda Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Çin hökumətindən dəvət alıb və o, bu dəvəti qəbul edib".

D
demokrat.az