Hadisə

Azərbaycana məxsus təyyarə zolaqdan çıxdı — Rusiya aeroportunda

Azərbaycana məxsus təyyarə zolaqdan çıxdı — Rusiya aeroportunda

Azərbaycanın “Silk Way Business Aviation” şirkətinə məxsus sərnişin təyyarəsi Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanına enərkən qarlı zolaqdan kənara çıxıb.

Demokrat.az xəbər verir ki, bu barədə BakuPost-a şirkətdən bildirilib.

Məlumata görə, təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb. Təyyarəyə də ziyan dəyməyib.

D
demokrat.az