Dünya

Koronavirusun yeni ştammı üçün vaksin yaradılır

Koronavirusun yeni ştammı üçün vaksin yaradılır

ABŞ-ın “Moderna” şirkəti SARS-CoV-2 koronavirusunda orqanizmi yeni mutasiyalardan (bu yaxınlarda kəşf edilmiş “omikron”ştammı kimi) daha yaxşı qoruya bilən daha güclü buster vaksin üzərində işləyir.

Bu barədə şirkətin press-relizində deyilir.

Yeni vaksin mRNA-1273.529 kimi qeydiyyatdan keçəcək.

Şirkət həmçinin qeyd edib ki, onlar multivalent buster vaksin üçün iki namizədi araşdırırlar.

Belə ki, “Moderna” yeni ştama qarşıartıq istifadə edilmiş buster peyvəndin artan dozasını tətbiq etmək imkanını sınaqdan keçirmək niyyətindədir. Sınaqların nəticələriyaxın bir neçə həftə ərzində məlum olacaq./oxu.az

D
demokrat.az