Sosial

Qəza bu rayonlarda suyun kəsilməsinə səbəb oldu

Qəza bu rayonlarda suyun kəsilməsinə səbəb oldu

Bakının Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə suyun verilişi dayandırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat paylaşıb.

O bildirib ki, buna səbəb Binəqədi rayonunda magistral xətdə baş vermiş qəzadır:

“Hazırda qəzanın aradan qaldırılması işləri davam edir. Çətin şəraitdə, xüsusi texnikaların və projektorların köməyilə iş başa çatdırılacaq”.

Demokrat.az

D
demokrat.az