Dünya

Paşinyan Azərbaycana görə Lukaşenkoya zəng etdi

Paşinyan Azərbaycana görə Lukaşenkoya zəng etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Bu barədə Belarus prezidentinin mətbuat xidməti xəbər verir.

Telefon danışığı zamanı tərəflər Ermənistan və Belarusdakı vəziyyət barədə bir-birini məlumatlandırıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində problemli məsələləri müzakirə ediblər. Ermənistanın baş naziri Belarus prezidentinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və onun mümkün inkişaf yolları barədə də məlumat verib.

Demokrat.az

D
demokrat.az