Gündəm

Səyavuş Heydərov: "Ölkə xaricindən bu cür qrupların təbliğat işləri davam etməkdədir"

Səyavuş Heydərov: Ölkə xaricindən bu cür qrupların təbliğat işləri davam etməkdədir

Son illərdə respublikada özünü “şiəliyə” aid etməklə pərdələnmiş radikal, siyasi dini qrupların fəallığı nəzərə çarpmaqdadır. Dünyəvilikdən kənar, bəzi İslam ölkələrinə məxsus dini ideoloji xətti və idarəetmə sistemini Azərbaycana ixrac etməyə çalışan şəxslər əsasən xaricdən idarə olunurlar.

İctimai asayişin pozulmasına və dini təhlükəsizliyə təhdid yaradan belə hadisələr arasında 26 noyabr 2015-ci il tarixdə Nardaranda və 10 iyul 2018-ci ildə Gəncədə baş verən iğtişaşları, xüsusilə qeyd etmək olar.

Bu hadisələrdən sonra özünü şiəliyə aid etməklə pərdələnmiş radikal, siyasi dini qruplara qarşı davamlı olaraq tədbirlərin həyata keçirilməsi önəmli məsələdir. Belə ki, hazırda ölkə xaricindən bu cür qrupların təbliğat işləri davam etməkdədir.

(Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun "Din və İdeoloji təhlükəsizlik" adlı kitabından sitat)

Demokrat.az

D
demokrat.az