Dünya

İranda daha 610 nəfər koronavirusdan öldü

İranda daha 610 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 610 nəfər koronavirusdan (COVID-19) ölüb, 25 870 nəfər yoluxub.

Demokrat.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 110 674 nəfərə, yoluxanların sayı isə 5 129 407 nəfərə çatıb.

Virusdaşıyıcılarından 7 689 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İranda indiyədək 4 362 814 nəfər koronavirusdan sağalıb, 29,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

D
demokrat.az