Dünya

Dağıstanda partlayış oldu

Dağıstanda partlayış oldu

Rusiya Federasiyasının Dağıstan Respublikasında partlayış baş verib.

Demokrat.azTASS-a istinadla xəbər verir ki, hadisə Babayurt yaşayış məntəqəsində olub.

Bildirilib ki, fərdi evdə baş verən partlayış nəticəsində 2 nəfər ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Rusiya FHN-in region üzrə idarəsinin məlumatına görə, binada ciddi dağıntı yaranmayıb.

D
demokrat.az