İdman

Taekvondoçumuz Avropa çempionu oldu — FOTOLAR

Taekvondoçumuz Avropa çempionu oldu — FOTOLAR

Taekvondo üzrə Yeniyetmələrdən ibarət yığma komandamız Estoniyanın paytaxtı Tallinndə keçirilən Avropa Birinciliyinə uğurlu start verib.

Demokrat.az-ın xəbərinə görə, ilk yarış günündə idmançılarımızdan 4 nəfər medal qazanıb.

Məhəmməd Həsənli (-37 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Yalnız finalda uduzan Hüseyn Xudiyev (-65 kq) gümüş medal əldə edib. Qızların mübarizəsində Zəhra İsayeva ən aşağı çəki dərəcəsində (-29 kq) qitə birinciliyinin bürünc mükafatına sahib çıxıb. Millimizin aktivinə daha bir bürünc medalı İlyas Hətəmli yazdırıb. O, 33 kq-dək taekvondoçular arasında fərqlənməyi bacarıb.

Beləliklə, yarışa 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başlayan taekvondo yığmamız ümidləri ilk gündəcə doğruldublar.

Taekvondoçumuz Avropa çempionu oldu — FOTOLAR
Taekvondoçumuz Avropa çempionu oldu — FOTOLAR
Vaqif Demokrat.az

D
demokrat.az