ABŞ prezidenti Co Bayden və Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.
Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı ABŞ-ın diplomatik və hərbi personalının, ABŞ vətəndaşlarının, yerli işçilərin və digər həssas qrupa daxil olan insanların təxliyə edilməsi məsələsi müzakirə edilib.
İki lider Əfqanıstandakı mövcud vəziyyətlə bağlı ortaq yanaşma müəyyənləşdirmək üçün müttəfiqlər və tərəfdaşlar arasında sıx koordinasiyanın vacibliyini vurğulayıblar.


