Əfqanıstanın paytaxtı Kabildəki hava limanına yaxın ərazidə silahlı atışma baş verib. Demokrat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, atışmada Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb. Naməlum şəxs Kabil hava limanının daxil olub, daha sonra təhlükəsizlik qüvvələrinə atəş açmağa başlayıb.
Demokrat.az


