Dünya

Dünyada koronavirusa yoluxanların sayı 210 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 210 milyonu keçdi

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 210,4 milyonu ötüb.

“Report” “Worldometers” portalına istinadən xəbər verir ki, dünyada COVID-19-a 210 042 526 yoluxma aşkarlanıb.

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 403 913 nəfərə çatıb. Virusa yoluxan 188 174 698 pasiyentin isə həyatını xilas etmək olub.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Demokrat.az

D
demokrat.az