Hadisə

Bakıda "Taxta bazarı"nda yanğın söndürüldü

Bakıda Taxta bazarında yanğın söndürüldü

Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında baş vermiş yanğın söndürülüb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilir ki, yanğın saat 02:30-da başlayıb. Hadisə yerinə FHN-in dörd yanğınsöndürmə maşını cəlb edilib və yanğın saat 02:43-də söndürülüb. Hadisə nəticəsində 70 kvadratmetr metr ərazidə taxtalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Demokrat.az

D
demokrat.az