Dünya

ABŞ bombardımançıları irəliləyən "Taliban"ın mövqelərini bombaladı

ABŞ bombardımançıları irəliləyən Talibanın mövqelərini bombaladı

ABŞ-ın B-52 bombardmançı təyyarələri Əfqanıstanda "Taliban" hərəkatının mövqelərini vurdu.

Turkustan.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ əsgərlərinə məxsus B-52 bombardmançı təyyarələri Əfqanıstanın şimalındakı Cuzcan əyalətində irəliləyən "Taliban" mövqelərini bombaladı.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Favad Aman mətbuata verdiyi açıqlamada, ABŞ bombardmançılarının Cuzcan əyalətinin mərkəzi Şibirgan şəhərində Taliban mövqelərini bombalamağı nəticəsində 200-dən çox talibançının öldürüldüyünü, çoxlu silah və sursatın da məhv edildiyini söylədi.

Taliban hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Taliban, təxminən iki həftə əvvəl başlatdıqları hücumlardan sonra dünən günortadan sonra Cüzcanın mərkəzi Sibirgan şəhərini ələ keçirdi.

ABŞ -ın Əfqanıstandan çəkilmə qərarından və Əfqanıstan rəhbərliyinin Talibanla uğursuz sülh danışıqlarından sonra, Talibanın hücumları sürətləndi. Taliban, iyundan etibarən onlarla rayonu ələ keçirdikdən sonra mühasirəyə aldıqları əyalət mərkəzlərinə üz tutdu. Ölkənin İranla sərhədindəki Nimruz əyalət mərkəzi olan Zaranc, Taliban tərəfindən ələ keçirilən ilk əyalət mərkəzi oldu. Cənubda Helmand, şimal-şərqdə Badahshan, Tahar, Kunduz, şimalda Sar-i Pul və qərbdə Herat da Taliban tərəfindən şiddətli hücumlar altındadır.

Taliban Əfqanıstan ərazisinin 80 faizindən çoxuna nəzarət etdiyini iddia edir.

Zaman zaman döyüş təyyarələri ilə Əfqanıstan ordusuna dəstək verən ABŞ-ın hərbi fəaliyyətləri ayın sonunda bitəcək.

BMT -nin məlumatına görə, son bir ay ərzində Taliban hücumları və qarşıdurmalarda 1000 -dən çox dinc sakin həyatını itirib. Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyası mayın əvvəlindən avqusta qədər təxminən 1 milyon sivilin evlərindən didərgin düşdüyünü açıqladı.

D
demokrat.az