"Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı, bəzən mən deyirdim ki, bu qədər tərbiyəli oğlandı. Kaş ki, bizim deputatların hamısı belə olsun. Bir də görürsən ki, kənarda daha çox tərbiyəli görünən insan ortalığa çıxanda tərbiyəsiz hərəkətlər edən adamdır. Yəni, insanları tanımaq olmur. Amma bütün hallarda deputat o adam olmalıdır ki, axı səni mötəbər bir məclisə seçiblər. Milli Məclisin deputatı böyük addır, şərəfli addır. Sənin nişanın var, toxunulmazlığın var. Konstitusiya ilə sənə güzəştlər verilib. Bunu yerə vurmaq olarmı?"
Demokrat.azxəbər verir ki, bu sözləri Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov İctimai Televiziyanın "Diqqət mərkəzi" verilişində qonaq olarkən deyib. O, polisə qarşı nalayiq hərəkətlərə yol verən Eldəniz Səlimov haqda danışarkən onu da qeyd edib ki, bəzi deputatlar baş verənləri anlamırlar: 
Zamiq Demokrat.az

