ABŞ Müdafiə Departamenti – Pentaqon yaxınlığında baş verən atışma üzündən fəaliyyətini müvəqqəti dayandırıb, əməkdaşları isə binadan çıxarılıb. Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Bir qədər əvvəl yaxınlıqdakı metro stansiyasının platformasında naməlum şəxslər atəş açıb. Polisin araşdırma aparması üçün metro xəttinin fəaliyyətinə ara verilib.


