“İşdəyəm, səhhətim də yaxşıdır”.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov bildirib.
O qeyd edib ki, onun heç vaxt ürək problemi olmayıb:
“Cüzi ayaq ağrıları var, o da keçib gedəndir”.
***12:24
Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov DTX-nın hospitalına yerləşdirilib.
Demokrat.az xəbər verir ki, bu gün səhər saatlarında T.Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb. Az öncə isə DTX Hospitalının Kordiologiya şöbəsində müayinəsinə başlanılıb.
Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib.(axar.az)


