Dünya

Rusiyada sutka ərzində beş zəlzələ qeydə alındı

Rusiyada sutka ərzində beş zəlzələ qeydə alındı

Rusiyanın şərqində Saxalin vilayəti akvatoriyasında son sutka ərzində 4.8 maqnitudaya qədər beş zəlzələ qeydə alınıb.

Demokrat.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin şöbəsi bildirilib.

"3.7 ilə 4.8 maqnitudası arasında 4 zəlzələ Sakit okeanda Kuril adaları (Saxalin vilayəti) yaxınlığında baş verib. Daha biri, 2.0 bal gücündə Saxalinin cənub-şərq sahillərində qeydə alınıb", - məlumatda deyilir.

Yerli sakinlər yeraltı təkanları hiss etməyiblər. Sunami təhlükəsi elan edilməyib.

D
demokrat.az