Haiti Prezidenti Jovenel Moiz evində güllənərək öldürülüb.
“Report” “Deutshce Welle” nəşrinə istinadən xəber verir ki, bunu ölkənin baş naziri vəzifələrini icra edən Klod Jozef deyib.
Onun sözlərinə görə, prezidentin evi yerli vaxtla gecə saat 01:00-də naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Hücum zamanı ölkənin birinci xanımı Martine Moiz də yaralanıb. O, hazırda xəstəxanadadır.
Demokrat.az


