Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Azərbaycan idmançılarının sayı 47-yə yüksəlib.
Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Günay Malikqızının "Report"a verdiyi məlumata görə, vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 3-ü atletika, 3-ü üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i ağırlıqqaldırma, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində əldə edilib.
Bunlardan 4-ü lisenziya qazansa da, hələlik MOK-a təsdiq cavabı gəlməyib.
1. Anna Skidan (Atletika - çəkicatma) 2. Maksim Şemberev (Üzgüçülük - 400 m qarışıq) 3. Mariya Stadnik (Qadın güləşi - 50 kq) 4. Şərif Şərifov (Sərbəst güləş - 97 kq) 5. Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük) 6. Yelizaveta Luzan (Bədii gimnastika - qrup çoxnövçülük) 7. Darya Sorokina (Bədii gimnastika - qrup çoxnövçülük) 8. Məryam Səfərova (Bədii gimnastika - qrup çoxnövçülük) 9. Ləman Əlimuradova (Bədii gimnastika - qrup çoxnövçülük) 10. Zeynab Hummatova (Bədii gimnastika - qrup çoxnövçülük) 11. Marina Nekrasova (İdman gimnastikası - qadınlar çoxnövçülük) 12. İvan Tixonov (İdman gimnastikası - kişilər çoxnövçülük) 13. Ruslan Lunyov (Güllə atıcılığı - 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma) 14. Elçin Əsədov (Velosiped idmanı - şosse) 15. Milad Beigi Hərçəqani (Taekvondo - 80 kq) 16. Nazim Babayev (Atletika - üç təkanla tullanma) 17. Tayfur Əliyev (Boks - 57 kq) 18. Hacı Əliyev (Sərbəst güləş - 65 kq) 19. Hacımurad Hacıyev (Sərbəst güləş - 74 kq) 20. İslam Abbasov (Yunan-Roma güləşi - 87 kq) 21. Anna Başta (Qılıncoynatma - sablya) 22. Elis Manolova (Qadın güləşi - 68 kq) 23. Rafiq Hüseynov (Yunan-Roma güləşi - 77 kq) 24. Fəridə Əzizova (Taekvondo - 67 kq) 25. Rafael Ağayev (Karate - 75 kq) 26. İrina Zaretska (Karate - +61 kq) 27. Edi Reski Dviçayo (Badminton) 28. Kəramət Hüseynov (Cüdo - 60 kq) 29. Orxan Səfərov (Cüdo - 66 kq) 30. Rüstəm Orucov (Cüdo - 73 kq) 31. Murad Fətiyev (Cüdo - 81 kq) 32. Məmmədəli Mehdiyev (Cüdo - 90 kq) 33. Zelim Kotsoyev (Cüdo - 100 kq) 34. Uşangi Kokauri (Cüdo - +100 kq) 35. Aişə Qurbanlı (Cüdo - 48 kq) 36. İrina Kindzerska (Cüdo - +78 kq) 37. Rostislav Pevtsov (Triatlon) 38. Cavid Çələbiyev (Boks - 63 kq) 39. Lorenso Sotomayor (Boks - 69 kq) 40. Alfonso Dominges (Boks - 81 kq) 41. Məhəmməd Abdullayev (Boks - +91 kq) 42. Firdovsi Farzaliyev (Karate - 67 kq) 43. Emin Cəfərov (Stend atıcılığı) - vayld kart
Təsdiq olunmayıb, amma lisenziya qazanıblar:
44. Alexis Kopello (Atletika - üç təkanla tullanma) 45. Ramil Vəlizadə (Üzgüçülük) 46. Əliş Nəzərov (Ağırlıqqaldırma - 109 kq) - universal vəsiqə 47. Məryəm Şeyxəlizadə Xanqan (Üzgüçülük) - universal vəsiqə.
Qeyd edək ki, yekun siyahı iyulun 5-də müəyyənləşəcək. Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.
Demokrat.az


