Sosial

Lənkəranda 45 hektarlıq meşə sahəsi məhv edilir — Ərazi “Beta” çay şirkətinə verilib

Lənkəranda 45 hektarlıq meşə sahəsi məhv edilir — Ərazi “Beta” çay şirkətinə verilib

Lənkəranda 45 hektarlıq meşə sahəsi məhv edilərək ərazisi “Beta” çay şirkətinə verilib.

Demokrat.az xəbər verir ki, bu barədə “Ecofront” hərəkatı məlumat yayıb.

“Lənkəranın Haftoni kəndinin yaxınlığında olan 45 hektarlıq meşə sahəsi “Beta” çay şirkətinə verilib. Artıq meşənin 5 hektar ərazisi məhv edilib. Ərazinin bir hissəsini qoruya bilərik" – məlumatda qeyd olunub.

Sosial şəbəkələrdə buna etiraz olaraq “Beta” çay şirkətinin boykot olunmasına çağırışlar edilir.

Video ilə buradan tanış ola bilərsiniz.

Demokrat.az

D
demokrat.az