Dünya

Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 56 nəfər vəfat edib.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, iyunun 25-də yoxlanış məqsədilə götürülən 222 936 testdən 5630-u müsbət çıxıb.

Sutka ərzində 7184 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 261 892 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 737 nəfərdir.

D
demokrat.az