Dünya

Bayden İsrail prezidenti ilə Ağ Evdə görüşəcək

Bayden İsrail prezidenti ilə Ağ Evdə görüşəcək

ABŞ Prezidenti Cozef Bayden iyunun 28-də İsrailli həmkarı Reuven Rivlinlə Ağ Evdə görüşəcək.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu haqda məlumat Ağ Evin mətbuat katibi Cen Psakinin açıqlamasında yer alıb.

Sözçü bildirib ki, dövlət başçıları bölgədəki bəzi problemləri və ondan çıxış yollarını müzakirə edəcək.

Psaki əlavə edib ki, səfər illərlə İsrail prezidentinin iki ölkə arasındakı dostluğun möhkəmləndirilməsində göstərdiyi fədakarlığına bir hörmətdir.

D
demokrat.az