Bu gün Avro-2020-nin qrup mərhələsində II tura start verilib.
Demokrat.azxəbər verir ki, 6-cı oyun günündə nəzərdə tutulan 3 matçdan 1-i başa çatıb.
B qrupunda Finlandiya Rusiya ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub. Yeganə qolu rusiyalılar ilk hissənin artırma dəqiqələrində vurublar. Bu qələbədən sonra Rusiya iki oyuna 3 xal toplayıb.
6 iyun AVRO-2020 B qrupu
17:00. Finlandiya - Rusiya - 0:1 Qol: Mirançuk, 45+2 Baş hakim: Danni Makkeli (Niderland) “Sankt-Peterburq” stadionu


