Dünya

Avropa Birliyindən İrana sanksiya qərarı

Avropa Birliyindən İrana sanksiya qərarı

Danimarkanın xarici işlər naziri Avropa İttifaqının İran kəşfiyyat xidmətinə sanksiya tətbiq etmək üçün qərar verdiyini açıqlayıb.

Qərarın Avropa ərazisindəki İran kəşfiyyat xidmətinin sui-qəsd cəhdində olduğu üçün qəbul edildiyini söyləyib.

Qeyd edək ki, ötən oktyabr ayında Danimarka təhlükəsizlik qüvvələri İran kəşfiyyatı ilə əlaqəli olan bir şəxsi Ərəb Əhvaz Azadlıq Hərəkatının liderinə sui-qəsd etmək niyyətində olduğu iddiası ilə həbs etmişdi. İran isə Danimarkanın iddialarını rədd etmişdi.

D
demokrat.az