Dünya

ABŞ-da atışma 9 nəfərin həyatına son qoydu — VİDEO

ABŞ-da atışma 9 nəfərin həyatına son qoydu — VİDEO

ABŞ-ın Kaliforniya ştatının San Xose şəhər mərkəzi yaxınlığında yerləşən Vest Yanger bulvarındakı dəmiryolu stansiyasında silah səsləri eşidilib.

“Haber Global”ın məlumatına görə, insident yerli vaxtla səhər saat 7:00 (Bakı vaxtilə 18:00) radələrində qeydə alınıb.

“Los Angeles Times” qəzeti hadisə nəticəsində cinayətkarın özü də daxil olmaqla, 9 nəfərin öldüyünü bildirib. Həmçinin, çox sayda yaralının olduğu qeyd edilib.

D
demokrat.az