Dünya

Ac-susuz və ayaqyalın miqrantların köməyinə türk əsgərləri çatdı — FOTO

Ac-susuz və ayaqyalın miqrantların köməyinə türk əsgərləri çatdı — FOTO

Yunanlar 81 miqrantı qanunsuz yollarla Türkiyə ərazisinə keçirdiblər.

Demokrat.az-ın xəbərinə görə, yunanlar miqrantların bütün əşyalarını əllərindən alaraq, onları ayaqyalın və ac-susuz buraxıblar.

Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, son anda onların köməyinə Türkiyə silahlı qüvvələri çatıb. Türk hərbçiləri miqrantların qeydinə qalaraq, onlarıhəm qida,həm də geyimlərlə təmin ediblər.

D
demokrat.az